Bakının Xətai rayonunda küçədə ölüm hadisəsi baş verib.
Məlumata görə, hadisə Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahovun səhhəti qəfil pisləşib.
O, ətrafdakıların kömək göstərməsinə baxmayaraq hadisə yerində həyatını itirib.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
