Türkiyə televiziya tarixinin unudulmaz seriallarından biri olan "Yaprak Dökümü" ilə məşhurlaşan aktyor Caner Kurtaran uzun fasilədən sonra yenidən gündəmə gəlib. Serialda canlandırdığı "Şevket" obrazı ilə milyonların yaddaşında qalan aktyorun son görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.
Referans Media xəbər verir ki, 2006-2010-cu illər arasında yayımlanan və böyük izləyici kütləsi qazanan "Yaprak Dökümü" serialı illər keçməsinə baxmayaraq, həm təkrar bölümləri, həm də aktyor heyəti ilə diqqət çəkməyə davam edir.
Serialda Ali Rza bəyin oğlu Şevket obrazını canlandıran Caner Kurtaran uğurlu aktyorluğu ilə tamaşaçıların sevgisini qazanmışdı. O, "Yaprak Dökümü"ndən sonra da müxtəlif televiziya layihələrində rol alıb.
Aktyor daha sonra "Aşk ve Ceza", "Tek Yürek", "Kimse Bilmez", "Eşkıya Dünyaya Hükümdar Olmaz" və "Hudutsuz Sevda" kimi ekran işlərində iştirak edib.
Hazırda 47 yaşında olan Caner Kurtaran son illərdə daha sakit həyat tərzi seçərək ekranlardan uzaq qalır. Aktyorun illər sonra ortaya çıxan yeni fotoları isə sosial şəbəkələrdə böyük maraq yaradıb.
Bəzi izləyicilər onun dəyişimini təəccüblə qarşılayaraq, "Küçədə görsəm, heç vaxt tanımaram", "Zaman həqiqətən çox amansızdır" kimi şərhlər yazıblar.
Bununla yanaşı, bir çox izləyici aktyorun xarizmasını qoruduğunu və illərin onun ekran cazibəsinə təsir etmədiyini vurğulayıb.
Caner Kurtaranın son görünüşü sosial mediada müzakirə mövzusuna çevrilsə də, aktyor hələ də "Yaprak Dökümü" serialının yadda qalan simalarından biri olaraq xatırlanır.
