Yüksək bal topla - AzTU-da xüsusi təqaüd qazan!

Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsil müəssisəsinə yüksək balla qəbul olunan abituriyentlər üçün müxtəlif imkanlar təqdim edir.

Referans Media xəbər verir ki, bu cür imkanlardan biri də xüsusi təqaüddür. 

Belə ki, 600 və daha yüksək bal toplayan, eləcə də respublika fənn olimpiadalarının qalibi olaraq imtahansız qəbul edilən bütün abituriyentlərə 4 il müddətində aylıq 200 manat məbləğində xüsusi təqaüd veriləcək.

Eyni zamanda, hər fakültə üzrə 500 baldan yüksək nəticə göstərən bir tələbəyə də 4 il müddətində aylıq 100 manat məbləğində xüsusi təqaüd veriləcək.

Qeyd edək ki, sözügedən xüsusi təqaüdlər dövlət tərəfindən verilən təqaüddən əlavə ödəniləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki