Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrədə, eyni zamanda Lixtenşteyndə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Referans Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
***
Dövlət başçısının digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderlandda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
***
Prezidentin Sərəncamına əsasaən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın Belçikada, eyni zamanda Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
