Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa Birliyi yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
Referans Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Digər sərəncamla Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
