Aparıcılıq karyerasından sonra aktrisa və müğənni kimi fəaliyyətini davam etdirən Defne Samyeli qatıldığı verilişdə şəxsi həyatı ilə bağlı diqqətçəkən etiraf edib.
Referans Media xəbər verir ki, Samyeli bildirib ki, evli olduğu illərdə yuxusunda 12 yaşındakı uşaqlıq sevgilisini gördükdən sonra onu internetdə axtarıb tapıb və mesaj yazıb.
O, həmin hadisəni belə xatırlayıb: "Evli idim. 12 yaşındakı uşaqlıq sevgilim yuxuma girdi. O dövrdə həyat yoldaşım həddindən artıq qısqanc idi. Buna baxmayaraq, oyanan kimi onu "Google"da tapdım, mesaj yazdım. Təxminən 20 ildən sonra görüşüb birlikdə nahar etdik."
Samyelinin sözlərinə görə, illər sonra keçmiş sevgilisi ilə yenidən əlaqə saxlaması və birlikdə görüşməsi verilişin ən çox müzakirə olunan məqamlarından birinə çevrilib.
