Hindistanın məşhur Bollivud aktyoru Dharam Sinqh Deol vəfat edib.
Referans Media xəbər verir ki, aktyor 89 yaşında dünyasını dəyişib.
O, səhhətində yaranan problemlərə görə bu yaxınlarda xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, aktyor “Çiçək və daş”, “Zita və Gita”, “Sevimli Raca”, “Əlibaba və qırx quldur” kimi bir çox məşhur filmdə rol alıb.
