34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı

Bakıda aptekdə çalışan şəxs iş başında vəfat edib.

Referans Media xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Belə ki, bu gün saat 03 radələrində Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Orxan Fariz oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi Bakıxanov qəsəbəsi B.Bünyadov küçəsi köhnə aptek bazada tapılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki