Avropa İttifaqı (Aİ) Ukraynanın hava və raketdən müdafiə sistemləri, raketlər, sursat və radarlar alması üçün 6,1 milyard avroluq maliyyələşməni təsdiqləyib.
Referans Media xəbər verir ki, Aİ Komissiyasının açıqlamasına görə, vəsait 2026–2027-ci illərdə Ukraynaya təqdim edilməsi nəzərdə tutulan 90 milyard avroluq Ukrayna Dəstək Krediti çərçivəsində ayrılacaq.
Yeni maliyyələşmə daha əvvəl təsdiqlənmiş 16 milyard avroluq müdafiə tədarükünə əlavədir. Həmin məbləğin 8,35 milyard avroluq hissəsi artıq Ukraynaya təqdim olunub.
Aİ Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropanın Ukraynaya dəstəyi qətiyyətli və konkret olaraq qalır.
Qeyd edək ki, Ukrayna Dəstək Krediti çərçivəsində 2026–2027-ci illərdə ölkəyə 30 milyard avro büdcə yardımı və 60 milyard avro müdafiə dəstəyi göstərilməsi nəzərdə tutulur.
