Ermənistan ordusunun daha bir hərbçisinin meyiti tapılıb.
Referans Media xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, Qarakilsə rayonunda yerləşən hərbi hissənin ərazisində hərbi qulluqçunun meyiti aşkarlanıb.
Onun intihar etdiyi bildirilir.
Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.
