Murat Boz: Atam futbolçu olmağımı istəyirdi, anam isə...

Türkiyəli müğənni Murat Boz uşaqlıq arzusunun futbolçu olmaq olduğunu, lakin anasının yönləndirməsi ilə musiqiyə gəldiyini açıqlayıb.

Referans Media  
xəbər verir ki, Boz Feyyaz Uçarın “YouTube” proqramında qonaq olarkən uşaqlıq və karyera yolundan danışıb. 

O bildirib ki, 17 yaşına qədər futbolla ciddi maraqlanıb: “Atama qalsaydı, futbolçu olardım. Anama qaldı, popçu oldum. Anam məni musiqiyə yönəltdi. Liseydə incəsənət məktəbinə qəbul oldum. Futbol karyeram 15 yaşımda başa çatdı”.

Müğənni hazırda dizlərindəki problem səbəbindən futbol oynaya bilmədiyini də deyib. Onun sözlərinə görə, uzun illər həvəskar şəkildə futbol oynaması diz qığırdaqlarında problemlərə səbəb olub.

Murat Boz karyerasındakı uğursuzluqların da onun üçün böyük təcrübə olduğunu vurğulayıb. O, qazandığı uğurlarla heç vaxt öyünmədiyini qeyd edib: “Etdiyim işlərlə qürur duyuram. Lakin heç vaxt bununla öyünməmişəm. Məni uğura gətirən əvvəlki uğursuzluqlarım olub”.

Boz pop musiqisinə keçidində Tarkanın da mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Tarkanla 5-6 il çalışdığı müddətdə çox şey öyrənib. Əvvəlcə vokalistliyi peşə kimi düşündüyünü deyən sənətçi Tarkanın konsertlərindən birində ona “Asla” mahnısını oxutdurmasından sonra pop ulduzu olmaq qərarına gəldiyini söyləyib.

Müğənni “O Ses Türkiye” proqramında münsif kimi fəaliyyət göstərməsinin də karyerasında mühüm dönüş nöqtəsi olduğunu bildirib. O, proqramın sayəsində Türkiyə ailələrinin evlərinə daxil olduğunu deyərək Acun Ilıcalının həyatındakı rolunu yüksək qiymətləndirib və onu “qardaşım” adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki