400 milyon avro havaya sovruldu: “Mançester Yunayted” Avropanın ən uğursuz klubu oldu

İngiltərənin “Mançester Yunayted” klubu son illərdəki uğursuz transfer siyasətinə görə böyük maliyyə itkisi ilə üzləşib.

Referans Media xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) tərəfindən hazırlanan hesabatda 2021-ci ildən bəri transfer xərcləri 50 milyon avronu ötən klubların fəaliyyəti araşdırılıb.

Futbolçuların transfer qiymətləri, satışlardan əldə olunan gəlirlər və heyətdəki oyunçuların bazar dəyərlərindəki dəyişikliklər nəzərə alınıb. Araşdırmanın nəticələrinə əsasən, “Mançester Yunayted” 400 milyon avroluq dəyər itkisi ilə Avropa klubları arasında sonuncu yerdə qərarlaşıb. Dünya üzrə sıralamada isə İngiltərə təmsilçisi yalnız Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu qabaqlaya bilib.

“Mançester Yunayted”in son illərdə həyata keçirdiyi bahalı transferlər klub üçün ciddi maliyyə itkisinə səbəb olub.

İngiltərə təmsilçisi Antoni-ni 95 milyon avroya transfer etsə də, sonradan futbolçunu 25 milyon avroya “Real Betis”ə satıb. Ceydon Sanço üçün Dortmund “Borussiya”sına ödənilən 87 milyon avro da gözlənilən nəticəni verməyib.

Klubun 80 milyon avroya heyətinə qatdığı Rasmus Hoylundun “Napoli”yə keçidi də maliyyə baxımından itkilərlə müşayiət olunub.

Andre Onana, Meyson Maunt və Coşua Zirkzenin də gözləntiləri doğrultmaması “Mançester Yunayted”in transfer siyasətindəki problemləri bir daha gündəmə gətirib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki