Türkiyəli müğənni Ajda Pekkan bir neçə gün öncə Oran Açıqhava Səhnəsində sevənləri ilə görüşüb.
Referans Media xəbər verir ki, səhnədə ifa etdiyi “Üç kalp” mahnısından əvvəl pərəstişkarlarına müraciət edən sənətçi uğurlu karyerasına baxmayaraq, zaman-zaman tənhalıq hissi yaşadığını etiraf edib.
80 yaşlı Ajda Pekkan çıxışında deyib:
“O qədər tənhayam ki... Yaxşı ki, varsınız. Şöhrət elə bir şeydir ki, nə qədər gözəl görünsə də, işıqların altında insan bir o qədər tənha qalır.
Həyatda hər zaman öz həyat yoldaşınızı tapa bilmirsiniz. Amma siz mənim həyatımda hər şey oldunuz. Buna görə hər birinizə sonsuz təşəkkür edirəm”.
Ajda Pekkanın bu səmimi etirafları zalda kövrək anlar yaşadıb.
