Dörd ildən sonra “Avroviziya”ya qayıdır: 36 ölkə yarışacaq

Dörd ildir “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyən Şimali Makedoniya 2027-ci ildə yarışmaya qayıdacaq.

Referans Media xarici mediaya istinadən xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) gələn il keçiriləcək müsabiqədə 36 ölkənin iştirak edəcəyini açıqlayıb.

Şimali Makedoniya maliyyə çətinlikləri səbəbindən 2023–2026-cı illərdə müsabiqəyə qatılmayıb. Ölkə sonuncu dəfə 2022-ci ildə yarışmada təmsil olunub. Şimali Makedoniya indiyədək “Avroviziya”da qalib gəlməyib. Ölkənin ən yüksək nəticəsi 2019-cu ildə qeydə alınıb. Həmin il müğənni Tamara Todevska “Proud” mahnısı ilə 305 xal toplayaraq yeddinci yeri tutub.

Qeyd edək ki, Şimali Makedoniya müsabiqədə ilk dəfə 1998-ci ildə iştirak edib. 2027-ci ildə keçiriləcək “Avroviziya”da daha bir yenilik yaşanacaq. Kanada tarixində ilk dəfə bu beynəlxalq musiqi yarışmasına qatılacaq.

Müsabiqə gələn il mayın 11-dən 15-dək Bolqarıstanın Burqas şəhərində təşkil olunacaq. İspaniya və Sloveniya isə 2026-cı ildə İsrailin iştirakına etiraz olaraq müsabiqəni boykot etdikdən sonra gələn il yarışmaya qatılıb-qatılmayacaqlarına dekabr ayına qədər qərar verməlidirlər. /Lent.az

На 'Евровидении-2027' выступит страна, которая четыри года не участвовала в конкурсе

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki