Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Referans Media xəbər verir ki, hadisə şəhərin ticarət mərkəzlərindən birinin qarşısında qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü S.N (ad şərtidir) bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır./“Qafqazinfo”/
