ABŞ-da kitabxanada silahlı hücum: 2 nəfər öldü

ABŞ-ın Kaliforniya ştatında yerləşən kitabxanalardan birində baş verən silahlı hücum nəticəsində 2 nəfər həyatını itirib, bir uşaq isə yaralanıb.

Hadisə Çiko şəhərindəki kitabxanada qeydə alınıb. Silahlı şəxs kitabxanaya daxil olaraq atəş açıb. Nəticədə 2 nəfər ölüb, yaralanan uşaq xəstəxanaya çatdırılıb.

Çiko Polis İdarəsinin rəisi Billy Aldridge mətbuat konfransında bildirib ki, şübhəli şəxs hadisədən sonra kitabxananın arxa qapısından qaçmağa cəhd göstərib. Lakin həmin vaxt ərazidə olan təhlükəsizlik əməkdaşları onu saxlayaraq nəzarətə götürüblər.

Polis hücumçunun kimliyi və hadisənin motivi ilə bağlı hələlik əlavə məlumat açıqlamayıb.

Bölgə rəhbərliyi isə sosial şəbəkələr vasitəsilə yaydığı açıqlamada həlak olanların ailələrinə d


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki