ABŞ Sahil Mühafizəsinin helikopteri Alyaskada qəzaya uğradı

ABŞ Sahil Mühafizəsinə məxsus helikopter Alyaska ştatının Sitka şəhərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Məlumata görə, MH-60 Jayhawk tipli helikopter Sitka Sahil Mühafizəsi Hava Bazasından həyata keçirilən təlim uçuşu zamanı yerə çırpılıb.

Sahil Mühafizəsi rəsmilərinin açıqlamasına əsasən, helikopterdə olan 4 nəfərlik ekipaj qəzadan sağ çıxıb və müayinə üçün yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hadisə nəticəsində ölən olmadığı bildirilib. Qəzanın səbəblərinin araşdırılması üçün rəsmi istintaqa başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki