“1941-ci il iyunun 22-də Nasist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Hitler Moskvanı və sovet lideri İosif Stalini təcavüzkarlıqda ittiham etməyə cəhd göstərib”.
Referans Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya liderinin sözlərinə görə, bu gün də Qərb ölkələri əvvəlcə Rusiyanın təhlükəsizliyinə təhdid yaradan addımlar atır, daha sonra isə Moskvanın cavab tədbirlərini aqressiya kimi təqdim edirlər:
“Bu gün də bənzər yanaşma Rusiyaya qarşı sərt siyasətin davam etdirilməsi üçün əsaslandırma yaratmaq məqsədi daşıyır. Beynəlxalq münasibətlərdə tətbiq olunan bu model tarixi hadisələrlə müəyyən oxşarlıqlar göstərir”.globalinfo
