Messi Dünya Kuboku tarixinin ən məhsuldar futbolçusu oldu

Argentinalı ulduz futbolçu Lionel Messi Avstriya ilə oyunda vurduğu qollarla almaniyalı sabiq hücumçu Miroslav Klosenu geridə qoyaraq Dünya Kuboku tarixinin ən çox qol vuran oyunçusu adına sahib çıxıb.

Qarşılaşmanın 8-ci dəqiqəsində penalti zərbəsini qaçıran Messi, 38-ci dəqiqədə uzaq məsafədən vurduğu qolla hesabı açıb. Oyunun sonlarında daha bir dəfə fərqlənən argentinalı hücumçu turnirdəki qol sayını iki oyunda 5-ə çatdırıb və Klosenin rekordunu geridə qoyub.

39 yaşını tamamlamağa hazırlaşan səkkizqat “Qızıl top” sahibi ilk oyunda da Əlcəzair millisinə qarşı het-trik etmişdi.

Messinin uğurlu çıxışı fonunda “Qızıl Buts” uğrunda mübarizə də qızışıb. Yarışda Kylian Mbappé və Erling Haaland kimi ulduzlar da iddialılar sırasındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki