ABŞ-ın Virciniya Dövlət Universitetində atışma baş verib.
Referans Media APA-ya istinadla xəbər verir ki, “Fox News”un məlumatına görə, hadisə universitetin kampusunda qeydə alınıb.
Polisin məlumatına görə, silahlı atışma zamanı beş nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Universitetin açıqlamasında atışmada bir neçə şübhəlinin iştirak etdiyi bildirilib.
