Ərdoğan: "Məkkə Anlaşması dünyaya mühüm mesaj göndərdi"

"Trampdan (ABŞ Prezidenit Donald Tramp – Qeyd) F-35 qırıcı təyyarələri ilə bağlı söz almışıq və onun bu vədini yerinə yetirməsini gözləyirik".

Referans Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan "Al Jazeera"yə müsahibəsində deyib.

Son günlər bütün dünyanın diqqət mərkəzində olan Məkkə Anlaşmasına da toxunan Türkiyə Prezidenti bildirib:

"Məkkə Anlaşması dünyaya mühüm mesaj göndərdi. Anlaşma onu imzalayan ölkələrin üzvlərindən birinin xarici hücuma məruz qalacağı təqdirdə birgə addımlar atmasını nəzərdə tutur. Sənəd gələcəkdə digər ölkələrin də bu razılaşmaya qoşulmasına imkan verir və Misirin iştirakı mühüm əhəmiyyət daşıyır".

Ərdoğan əlavə edib ki, yaxın günlərdə Suriyaya səfər edəcək: "Kürdlərlə münasibətlərimizi gücləndirməyə davam edəcəyik və regionun müxtəlif ölkələrində onların hüquqlarını qoruyacağıq. Suriya kürdləri də sülh və sabitlikdən öz paylarını alacaqlar. Yaxın günlərdə Suriyaya səfər edəcəyəm. Suriya tək buraxılmayacaq və onun sabitliyini dəstəkləmək üçün əlimizdən gələn hər şeyi edəcəyik"./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki