ABŞ paketi açıqladı – Tayvana 10 milyard dollarlıq silah satılacaq

ABŞ Tayvana raketlər və pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla, dəyəri 10 milyard dollardan çox olan silah satışı paketini elan edib.

Referans Media xəbər verir ki, ABŞ Dövlət Departamenti Tayvana silah satışına dair qərarı Prezident Donald Trampın “Xalqa müraciət” çıxışı zamanı açıqlayıb.

Məlumata görə, paketə 82 ədəd HIMARS reaktiv yaylım atəş sistemi, 420 ədəd ATACMS (Quru Raket Sistemi), 60 ədəd haubitsa və onlara aid avadanlıqlar, eləcə də PUA-lar daxildir.

Ümumi dəyəri 10 milyard dollardan artıq olan paket çərçivəsində, həmçinin hərbi proqram təminatı, Javelin və TOW raketləri, helikopterlər üçün ehtiyat hissələri və Harpoon raketləri üçün modernizasiya dəstləri də Tayvana təqdim ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki