image-muharibebackend

Rusiya-Ukrayna müharibəsi rekord qırdı

Rusiya və Ukrayna arasında davam edən müharibə gün sayına görə rekord qırıb.

Referans Media xəbər verir ki, 24 fevral 2022-ci ildə başlayan savaş İkinci Dünya müharibəsinin günlərinin sayını keçib.

Almaniyanın 22 iyun 1941-ci ildə Sovet Rusiyasına hücumu ilə başlayan müharibə 1418 gün davam edib. Rusiya-Ukrayna müharibəsi isə 1420-ci gündür ki, davam edir. Üstəlik, nə vaxt bitəcəyi və Avropanı əhatə edən daha böyük bir müharibəyə çevrilib-çevrilməyəcəyi sual olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki