Ağdamda laqonda kişinin ayağını kəsib.
Referans xəbər verir ki, hadisə Qaradağlı kəndində baş verib. Kənd sakini 70 yaşlı İsmayılov Taryel Məhəmməd oğlu yaşadığı evin həyətində işləyərkən laqonda ilə ayağın yaralayıb.
O, Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.