Allahşükür Paşazadə II İlyanın dəfn mərasimində iştirak EDƏCƏK

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak edəcək.

Referans Media  APA-ya istinadla xəbər verir ki, bunu bayram namazından sonra jurnalistlərə açıqlamasında Allahşükür Paşazadə deyib.

O bildirib ki, ötən gün Gürcüstan səfirliyində olub:

“Orada başsağlığı verdim. II İlya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Allah ona rəhmət eləsin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki