TFF 1-ci Liqasında çıxış edən "Amedspor"da icarə əsasında forma geyinən gənc hücumçu Feliks Afena-Gyan üçün Süper Liqa klublarından maraq artıb. Məlumata görə, Samsunspor futbolçunun transferi üçün rəsmi addımlar atmağa başlayıb.
Referans Media xəbər verir ki, yeni mövsümə iddialı heyətlə başlamağı planlaşdıran "Samsunspor", "Amedspor"da göstərdiyi performansla diqqət çəkən 23 yaşlı hücumçunu transfer siyahısına daxil edib. Klub rəhbərliyinin futbolçunun meneceri ilə ilkin danışıqlara başladığı bildirilir.
Feliks Afena-Gyan geridə qalan mövsümdə "Amedspor" forması ilə 36 rəsmi oyunda meydana çıxıb. Gənc futbolçu bu qarşılaşmalarda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb və komandasının hücum xəttində önəmli rol oynayıb.
"Qanalı" futbolçu daha əvvəl İtaliyanın "Roma", "Yuventus" və "Kremonese" klublarında da çıxış edib. Onun hazırkı bazar dəyərinin təxminən 1.4 milyon avro olduğu qeyd edilir.
Beləliklə, "Amedspor"da göstərdiyi performansla diqqət çəkən Feliks Afena-Gyan üçün Süper Liqa qapısı açılır. "Samsunspor"un transferi reallaşdırmaq üçün ciddi səylər göstərdiyi bildirilir.
