Ananasın bu faydalarını bilirdiniz?

Sağlam qidalanma və güclü immunitet üçün meyvələrin qəbulu xüsusi əhəmiyyət daşıyır.

Bir vaxtlar yalnız lüks məhsul hesab edilən ananas isə artıq demək olar ki, hər marketdə və süfrədə yer alır.

Son illərdə istehlakı sürətlə artan ananas həm dadı, həm də sağlamlığa faydaları ilə diqqət çəkir. Mütəxəssislərin sözlərinə görə, bu tropik meyvə C vitamini və manqanla zəngin olduğu üçün immun sisteminin fəaliyyətini dəstəkləyir, enerji mübadiləsinə və sümük sağlamlığına müsbət təsir göstərir.

Araşdırmalara görə, üç il ərzində yetişən ananas əslində bir-birinə birləşmiş çoxsaylı kiçik meyvələrdən ibarətdir. 

Mütəxəssislər qeyd edir ki, ananasın tərkibindəki C vitamini immuniteti gücləndirməyə, antioksidant xüsusiyyətləri isə dəri sağlamlığını qorumağa kömək edir.

Təxminən 80 qramlıq bir porsiya ananasda 33 kalori, 8,1 qram karbohidrat və 10 milliqram C vitamini var. Eyni zamanda bu porsiyada təxminən 8 qram şəkər mövcuddur. Buna görə də mütəxəssislər şəkər əlavəsi olmayan təzə və ya konservləşdirilmiş məhsullara üstünlük verməyi tövsiyə edirlər.

Ananasın ən diqqətçəkən komponentlərindən biri bromelain adlı fermentdir. Bu maddənin həzmi asanlaşdırdığı və iltihabın azalmasına kömək edə biləcəyi bildirilir. 2023-cü ildə aparılan araşdırmalar bromelainin sinusit müalicəsində faydalı ola biləcəyini göstərib.

Bununla yanaşı, ananas qəbulundan sonra bəzi insanlarda dildə yaranan yüngül qarışqa gəzməsi hissinin də bromelain və meyvənin təbii turşuluğundan qaynaqlandığı qeyd edilir. Mütəxəssislər bunun adətən zərərsiz olduğunu bildirirlər.

Həkimlər ananasın ümumilikdə sağlam insanlar üçün təhlükəsiz olduğunu desələr də, həddindən artıq istehlakın həzm problemlərinə səbəb ola biləcəyini vurğulayırlar. Həmçinin yetişməmiş ananas ağız və boğazda qıcıqlanma yarada, yüksək turşuluq səbəbindən reflü şikayətlərini artıra bilər. Qan durulaşdırıcı dərman qəbul edən şəxslərin isə bromelainin təsirləri səbəbindən ehtiyatlı olmaları tövsiyə edilir.

Eyni zamanda yağ yandırır və pəhriz saxlayanlar üçün faydalıdır.  (Axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki