İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran diplomatik həll yollarını axtarmağa davam edir, eyni zamanda ölkənin silahlı qüvvələri müdafiəyə hazır vəziyyətdədir.
Referans Media xəbər verir ki, Əraqçi bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Cəsur silahlı qüvvələrimiz vətəni müdafiə etməyə tam hazır olsa da, İran diplomatiyanın uğur qazanması üçün hələ də şans verir. Yeddi günlük planımızın bir həftədən də az müddətdə həyata keçirilməsinə imkan verəcək ideyaları müzakirə etmək üçün vasitəçilərlə sıx və davamlı əlaqə saxlayırıq”, – deyə nazir vurğulayıb./Globalinfo.az
