Adil Kərimli sudanlı həmkarı ilə görüşdü - Foto

Oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Sudan Respublikasının mədəniyyət, informasiya və turizm naziri Xalid İsmail Ahmed Ali arasında görüş keçirilib.

Referans Media xəbər verir ki, həmkarını salamlayan Adil Kərimli Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyini və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri, eləcə də beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki