Trampdan İsveçrəyə sərt xəbərdarlıq: “Bir qələmlə yox edərəm”

ABŞ Prezidenti Donald Tramp İsveçrə ilə iqtisadi əlaqələrdən danışarkən, bu ölkənin məhsullarından imtina edərək vəziyyəti tamamilə dəyişə biləcəyini bəyan edib.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, ABŞ lideri İsveçrə ilə ticarətdə milyardlarla dollar kəsir olduğunu bildirib.

"İsveçrəyə baxın, 39 milyard dollar kəsirimiz var. Mən bu kəsiri bir qələm hərəkətilə yox edə bilərəm və onlar artıq nüfuzlu ölkə olmaqdan çıxarlar. Sadəcə olaraq deyərəm ki, mən sizin saatlarınızı və ya mallarınızı istəmirəm. Xoşbəxtlikdən, mən yaxşı adamam", - Tramp qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki