Ermənistan parlamentinin müxalif deputatı Geqam Manukyan Baş nazir Nikol Paşinyanın İranın keçmiş ali rəhbərinin dəfn mərasimində iştirakını tənqid edib.
Referans Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Manukyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan vətəndaşı kimi həmin görüntülərdən narahatlıq keçirib:
“İranın ali rəhbərinin dəfn mərasimində ölkəmi Nikol Paşinyanın təmsil etməsini görəndə özümü çox pis hiss etdim. Həmin vaxt İran rəsmilərinin Ermənistan nümayəndə heyətinə münasibəti və nə düşündükləri barədə fikirləşdim. Biz bununla nəyi sübut etdik? Bu sual məni düşündürür”.
Qeyd edək ki, deputatın açıqlaması Ermənistan parlamentində xarici siyasət və İranla münasibətlər fonunda səsləndirilib.
