Casusluq ittihamı ilə həbs edildikdən sonra girov müqabilində zaminə buraxılan iranlı dublyaj rejissoru və səs aktrisası Nilufər Həddadi evində ölü tapılıb.
Referans Media xəbər verir ki, bu barədə İran mediası məlumat verib.
Məlumata görə, onun meyiti vəfatından bir neçə gün sonra aşkarlanıb. Həddadinin ürək tutmasından öldüyü bildirilsə də, məhkəmə-tibbi toksikoloji ekspertizasının nəticələri hələ açıqlanmayıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Qeyd edək ki, Nilufər Həddadi aprelin sonlarında təhlükəsizlik qüvvələrinin evində keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Ona qarşı "düşmən dövlətlərlə əməkdaşlıq" ittihamı irəli sürülmüşdü./"Cebheinfo.az"/
