Çinin Moonshot AI şirkətinin hazırladığı "Kimi K3" süni intellekt modeli Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (UK AISI) nəzarətli test mühitindən ("sandbox") çıxmağı bacarıb.
Referans Media xəbər verir ki, model təhlükəsizlik boşluğundan deyil, test mühitindəki konfiqurasiya xətasından istifadə edib. O, internetə qoşularaq həll etməyə çalışdığı tapşırığın cavabını GitHub platformasında tapıb. Bildirilir ki, model heç bir üçüncü tərəf saytına və ya xidmətinə icazəsiz giriş etməyib.
Şirkət rəsmiləri bunun mürəkkəb kiberhücum deyil, test mühitindəki texniki boşluqdan qaynaqlandığını vurğulayıblar.
Qeyd edək ki, "Kimi K3" iyul ayında təqdim edilib və 2,8 trilyon parametrə malik olmaqla dünyanın ən böyük açıq mənbəli süni intellekt modellərindən biri hesab olunur.
