İspaniyada tarixin ən böyük meşə yanğını: Nyu-York böyüklüyündə ərazi külə döndü

İspaniya və Fransada baş verən genişmiqyaslı meşə yanğınları son onilliklərin ən dağıdıcı təbii fəlakətlərindən biri kimi qiymətləndirilir.

İspaniyanın Avila əyalətində qeydə alınan yanğın ölkə tarixinin ən böyüyü hesab olunur. Yanğın əvvəlcə 50 min hektar ərazini əhatə etsə də, sonradan digər ocaqlarla birləşərək ümumilikdə 77 min hektara yayılıb. Bu, təxminən Nyu-York şəhəri böyüklüyündə ərazinin yanması deməkdir.

Fransanın cənub-qərbində isə 90 min hektardan çox sahə yanıb. Ölkədə ilk dəfə olaraq güclü istilik nəticəsində "pironümbit" adlanan nəhəng yanğın buludu da müşahidə edilib.

Mütəxəssislərin fikrincə, qış aylarında yağıntıların çox olması, ardınca gələn isti və quraq hava şəraiti, eləcə də saatda 65 kilometrə çatan güclü küləklər yanğınların sürətlə yayılmasına səbəb olub.

Hazırda minlərlə yanğınsöndürən və hərbçinin müdaxiləsi nəticəsində alovun böyük hissəsi nəzarətə götürülsə də, isti və quraq hava səbəbindən bölgədə yanğın riski hələ də yüksək olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki