image-aleksandar-vucicbackend

Avropa cəhənnəmi yaşayacaq! – Vuçiçdən SƏRT XƏBƏRDARLIQ

Yaxın Şərqdə davam edən silahlı münaqişə Avropada ciddi enerji böhranına səbəb olacaq və qitəmiz cəhhənəmi yaşayacaq.

Referans Media  xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib. O qeyd edib ki, əgər münaqişə davam edərsə, Avropa enerji baxımından çətin vəziyyətlə üzləşə bilər:

“Əgər bu proses davam etsə, Avropada hamı ciddi iqtisadi və enerji problemləri ilə qarşılaşa bilər”.

Vuçiç bu fikirləri Serbiaynın yenidən qurulmuş idarəetmə mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı media nümayəndələrinə açıqlayıb.

O hesab edir ki, enerji çatışmazlığının qarşısını almaq və neft-qaz qiymətlərinin artmasının təsirini azaltmaq üçün mart ayında subsidiya və iqtisadi dəstək tədbirləri həyata keçirilməlidir./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki