Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verilib.
Referans Media -ın əldə etdiyi məlumata görə, onlar - 1997-ci il təvəllüdlü Güləhmədzadə İsmayıl Rahib oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Vüsal Ələkbər oğludur.
Hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarışa verilib.
Hazırda onların yerinin müəyyən edilərək saxlanılmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./Lent.az/
