ABŞ Prezidenti Donald Trampla görüşən Volodimir Zelenski, danışıqların yaxşı keçdiyini açıqlayıb.
Referans Media xəbər verir ki, Ukrayna Prezidenti görüşdə bir sıra mühüm məsələlərin müzakirə olunduğunu deyib.
“ABŞ Prezidenti ilə Patriot hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların istehsalına lisenziyaların verilməsini və digər ideyaları müzakirə etdik”, – deyə Zelenski bildirib.
Liderlər həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması məqsədilə diplomatik səylərin gücləndirilməsini müzakirə ediblər. Ukrayna lideri bildirib ki, Trampla sülh danışıqlarının bərpası məsələsi də gündəmdə olub.
Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə son üçtərəfli danışıqlar bu ilin əvvəlində keçirilsə də, İranda müharibənin başlamasından sonra dayandırılıb. Bu yaxınlarda ABŞ dövlət katibi Marko Rubio etiraf edib ki, Tramp və Putin arasında Ankoricdə keçirilən sammit nəticə verməyib və Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün yeni ideyalara ehtiyac var./Globalinfo.az
