Azərbaycan millisi Farer adalarını məğlub etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb.

Referans Media xəbər verir ki, Farer adalarının müvafiq yaş qrupundan olan kollektivi ilə qarşılaşan komanda səfərdə 2:0 hesablı qələbə qazanıb.

Azərbaycanın qollarını 16-cı dəqiqədə Ümid Səlimov və 67-ci dəqiqədə penalti zərbəsindən Mustafa Kamara vurub.

Xatırladaq ki, U-19 əvvəlki matçlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə uduzub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki