Millətlər Liqasında bütün 1/4 finalçılar bilindi

UEFA Millətlər Liqasında 1/4 finalın bütün iştirakçıları bəlli olub.

Referans Media xəbər verir ki, başa çatan qrup mərhələsinin son turunun nəticələrə əsasən Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç milliləri 1/4 finala vəsiqə qazanıblar.

Bu komandalar A Liqasında qruplarında ilk iki yeri tutanlardır.


Bu mərhələnin püşkü noyabrın 20-də atılacaq. 1/4 finalın ilk oyunları 2027-ci il martın 25-27-də, cavab görüşləri isə martın 28-30-da keçiriləcək. Turnirin final mərhələsi isə iyunun 9-13-də təşkil olunacaq.


Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar ötən mövsümün finalında İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər./Fanat.Az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki