Azərbaycan neftinin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Referans Media xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 106,84 ABŞ dolları təşkil edib. 

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki