Şimali Koreya lideri Kim Çen İnin ölümü barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, brifinq bu gün ölkənin Milli Kəşfiyyat Xidməti tərəfindən təşkil edilib.
Qeyd olunur ki, sentyabrın 30-da keçirilən əvvəlki brifinq zamanı kəşfiyyat təxminən 140 kiloqram çəkisi olan və ürək-damar xəstəlikləri riskindən əziyyət çəkən Kim Çen İndə sağlamlığının pisləşməsinin əlamətlərinin aşkar edilmədiyini açıqlayıb.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın “The Sun” nəşri Kim Çen İnin beyninə qan sızması nəticəsində komaya düşdüyü, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən təcili müalicə üçün Çinə aparıldığı barədə xəbər yayıb. Bunun ardınca, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi dövlət başçısının sərgidə çəkilmiş fotolarını dərc edib.
