image-1776520372_itkinbackend

  Azərbaycanda itkin düşən 7 nəfər tapıldı

Azərbaycanda itkin düşmüş kimi axtarışda olan yeddi nəfər tapılıb.

Referans Media Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki