İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ! - RƏSMİ AÇIQLAMA

Lənkran-Astara Regional Təhsil İdarəsi üzrə məktəblərə qeydiyyat zamanı yaranmış texniki problem səbəbindən əvvəlki onlayn müraciətlərə girişdə və qeydiyyatdan keçmiş namizədlərin məlumatlarının əldə edilməsində çətinlik yaranıb.

Referans Media  xəbər verir ki, bu barədə Lənkran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, müraciətlərin düzgün və tam şəkildə qeydə alınmasını təmin etmək məqsədilə yeni qeydiyyat linki yaradılıb.

"Yenidən qeydiyyat üçün:
https://form.larti.az/f/a4788c9c/

Vakansiyalar:

https://shorturl.at/qQcJc

Xahiş edirik, daha əvvəl qeydiyyatdan keçmiş müəllimlər də daxil olmaqla, müraciət etmək istəyən bütün namizədlər yeni link vasitəsilə yenidən qeydiyyatdan keçsinlər.

Qeydiyyatın son tarixi: 14 sentyabr 2026-cı il, saat 10:00.

Namizədlərə dair tələblər:

Sertifikatlaşdırma nəticəsi 51 və daha yüksək olan müəllimlərə üstünlük veriləcək.

Sertifikatlaşdırma nəticəsi olmayan müəllimlərin sonuncu qiymətləndirmə — diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqə — nəticəsi 85 faiz və daha yüksək olmalıdır.

Əlavə olaraq qeyd edək ki, ikinci iş yerində fəaliyyətin müəllimin əsas iş yerindəki dərs yükünə və iş qrafikinə mane olmaması nəzərə alınacaq;

Əsas iş yeri ilə ikinci iş yeri arasındakı məsafənin uyğunluğu qiymətləndiriləcək."


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki