Avropa Komissiyası “Booking.com” platforması ilə bağlı rəsmi araşdırmaya başlayıb.
Referans Media xəbər verir ki, komissiya platformanın mövcud olmayan yaşayış obyektləri barədə saxta elanların qarşısını almaq üçün effektiv tədbirlər görüb-görmədiyini, istifadəçilərin bron və şəxsi məlumatlarını fişinq hücumlarından qoruma mexanizmlərini, eləcə də ödənişli elanların reklam kimi aydın işarələnib-işarələnmədiyini yoxlayacaq.
Mümkün pozuntular Aİ-nin Rəqəmsal Xidmətlər Aktının tələblərinin pozulması hesab edilə bilər./Publika.az
