Havaların isinməsi ilə ictimai nəqliyyatdan istifadə edən sərnişinləri düşündürən əsas məsələlərdən biri avtobuslarda kondisionerlərin nə vaxt işə salınacağıdır.
Referans Media xəbər verir ki, “Bakubus MMC”-nin mətbuat xidmətinin rəhbəri Əsmər Əliyeva Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, ümumi reqlament qaydalarına əsasən, ölkə üzrə ictimai nəqliyyatda kondisionerlər hər il iyunun 15-dən etibarən aktivləşdirilir.
“Lakin “Bakubus” avtobuslarında kondisionerlərin daha erkən — iyunun 2-dən mərhələli şəkildə işə salınmasına başlanılacaq”, – o qeyd edib.
