"Fənərbaxça"nın Çempionlar Liqası planı bəlli oldu – İki dəyişiklik diqqət çəkdi

UEFA Çempionlar Liqasında mübarizəsini davam etdirən "Fənərbaxça"da "Şturm Qrats" qarşılaşması öncəsi heyət dəyişiklikləri gündəmə gəlib. Baş məşqçi İsmayıl Qartalın kritik oyun üçün bəzi ulduz futbolçularla bağlı fərqli qərar verdiyi bildirilib.

Referans Media xəbər verir ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Polşanın "Qornik Zabrze" klubunu mübarizədən kənarlaşdıran "Fənərbaxça",  üçüncü mərhələdə Avstriya təmsilçisi "Şturm Qrats"la qarşılaşacaq. İstanbul klubunda avqustun 5-də "Çobani" stadionunda keçiriləcək görüş öncəsi ilk "11-lik" böyük ölçüdə müəyyənləşib.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, İsmayıl Qartal heyətdə xüsusilə qapı və yarımmüdafiə xəttində dəyişiklik etməyi planlaşdırır. Belə ki, qapıda Mert Günokun əvəzinə Edersonun meydana çıxacağı gözlənilir. Müdafiə xətti isə "Qornik Zabrze" matçında olduğu kimi Semedo, Skrinyar, Ake və Oosterwolde dördlüyündən formalaşacaq.

Yarımmüdafiədə isə diqqətçəkən qərar verilib. İddiaya görə, Fred bu qarşılaşmada əsas heyətdə yer almayacaq və onun yerinə İsmayıl Yüksək meydana çıxacaq. Matteo Qenduzi isə yerini qoruyacaq.

Hücum xəttində isə İrfan Can Kahveci, Marko Asensio, Kərəm Aktürkoğlu və Taliska kimi ulduz futbolçuların forma geyinməsi gözlənilir.

"Fənərbaxça" – "Şturm Qrats" qarşılaşması İstanbul təmsilçisi üçün Çempionlar Liqasının qrup mərhələsinə gedən yolda vacib sınaq olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki