Gəncədə təcili yardım avtomobili qəzaya düşdü

Gəncədə təcili yardım avtomobili qəzaya düşüb.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Təcili tibbi yardım avtomobili “VAZ- 2106” markalı maşınla toqquşub.

Qəza zamanı təcili yardım avtomobilində olan xəstə üçün əlavə avtomobil gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki