Bir paylaşım hər şeyi dəyişdi – Salahın Türkiyə macərası başlayır?

"Trabzonspor"la adı hallanan dünya ulduzu Məhəmməd Salahla bağlı yeni iddia ortaya çıxıb. "Bordo-mavililər"in baş məşqçisi Fatih Tekkenin həyat yoldaşı Müge Tekkenin sosial şəbəkədə etdiyi paylaşım transfer xəbərlərini daha da gündəmə gətirib.

Referans Media xəbər verir ki, Müge Tekke sosial media hesabında içində "Bu səbəblər yetmirmiş kimi Salah da əlavə olunacaqmış..." ifadələri olan bir paylaşımı öz izləyiciləri ilə bölüşüb. Bu addım qısa müddətdə "Trabzonspor" azarkeşləri arasında böyük həyəcan yaradıb.

Misirli ulduz futbolçu Məhəmməd Salahın transfer danışıqlarını tamamlamaq üçün çərşənbə günü İstanbula gətiriləcəyi iddia olunur.

Müge Tekkenin paylaşımı isə bu xəbərlərin fonunda "Salah transferi reallaşırmı?" sualını daha da gücləndirib.

İddiaların yayılmasından sonra "Trabzonspor" tərəfdarlarının dünya səviyyəli futbolçu üçün möhtəşəm qarşılama mərasimi hazırlamağı planlaşdırdığı bildirilir.

Lakin Salahın mümkün transferi ilə bağlı hələ klub və futbolçunun özündən rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki