Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
Referans Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evinə ziyan dəyib, 2 nəfər xəsarət alıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əraziyə baxış zamanı partlayışın yanğınla müşayiət olunmadığı müəyyən edilib.
FHN əməkdaşları tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hazırda hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
