Bakıda Xəzərin dayazlaşması müzakirə ediləcəkbackend

Bakıda Xəzərin dayazlaşması müzakirə ediləcək

  Bakıda Xəzərin dayazlaşması ilə bağlı ekspert qrupunun ilk toplantısı keçiriləcək.

Referans xəbər verir ki, bunu BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində keçirilən iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib.

O, çıxışında ekoloji çağırışlara da toxunaraq qeyd edib, su səviyyəsinin aşağı düşməsi bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki